AZ

O, baş məşqçi ilə əlbəyaxa olub? - Əcnəbi müdafiəçi hər şeyi "Sportinfo"ya danışdı

"Sumqayıt"ın müdafiəçisi Danilo Beskorovaynıy Sportinfo.az-a açıqlama verib.

Ukraynalı legioner baş məşqçi Saşa İliçlə əlbəyaxa olması ilə bağlı iddialara aydınlıq gətirib:

"Nə? Dava? Mən futbolçuyam, Saşa İliç baş məşqçi. Aramızda mübahisə belə ola bilməz. Normal münasibətlərimiz var. Bir qədər sonra da məşqə çıxacağam. Hər şey qaydasındadır. Bütün komanda qarşıdan gələn "Turan Tovuz"la oyuna köklənib"

27 yaşlı əcnəbi Premyer Liqanın 26-cı turunda "Neftçi" ilə görüşdə forma geyinməməsi barədə isə bunları deyib:

"Neftçi" ilə görüşdə ehtiyatda qalmağım baş məşqçinin qərarıdır. Konkret səbəbini bilmirəm.

Amma ola bilər ki, həmin gün üçün məni əsas heyətdə görmürdü və ya növbəti oyunlar üçün məni daha çox fikirləşir.

Bəzən belə hallar istənilən komandada olur. Mən də qərara hörmətlə yanaşıram".

XANOĞLAN

Seçilən
14
sportinfo.az

1Mənbələr