AZ

Livan Pakistandan yardım istədi: İsraili dayandırın!

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Livanın Baş naziri Nəvaf Salam pakistanlı həmkarı Şahbaz Şəriflə telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə Pakistan baş nazirinin ofisinin məlumatında deyilir.

Bildirilib ki, N.Salam Pakistandan İsrailin Livana hücumlarının qarşısını almağa kömək etməsini istəyib:

"Livan baş naziri Pakistandan Livana və xalqına hücumların dərhal dayandırılmasında dəstək istəyib.

Öz növbəsində Şərif İsrailin Livana qarşı davam edən təcavüzünü qətiyyətlə pisləyib və bu hərbi əməliyyatlarda minlərlə insanın həlak olması ilə bağlı başsağlığı verib".

Qeyd edək ki, İsrailin Livana ötən gün həyata keçirdiyi hücum nəticəsində 254 nəfərin ölməsi milli matəm elan olunmasına səbəb olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
3
axar.az

4Mənbələr