AZ

Macarların 77%-i ölkələrinin Aİ üzvlüyünü dəstəkləyir

Macar vətəndaşlarının əksəriyyəti - 77 faizi  ölkələrinin Avropa İttifaqı üzvlüyünü dəstəkləyir. Macarların 75%-i Avropa İttifaqına müxtəlif dərəcədə etibar edir. Bu, Macarıstan parlament seçkilərindən əvvəl Avropa Xarici Əlaqələr Şurası tərəfindən aparılan ictimai rəy sorğusuna görədir. Sorğu 26 mart - 1 aprel tarixləri arasında aparılıb və 1001 respondent iştirak edib.

“İki sahil” xəbər verir ki, bu barədə "ecfr.eu" saytı məlumat yayıb. 

Sorğuya görə, Avropa İttifaqına tam etibar edənlərin (23%) sayı ölkənin aparıcı siyasətçilərinə tam etibar edənlərdən çoxdur. Respondentlərin 17%-i Macarıstanın Baş naziri Viktor Orbana tam etibar edir, müxalifətdəki Azadlıq Partiyasının sədri Peter Magyar isə ona tam etibar edənlər 19 faizdir.

Əksəriyyət (68%) növbəti hökumətin Aİ-yə yanaşmasını dəyişdirməli olduğu fikrini bildirib. Ölkənin xarici siyasətinə gəldikdə, respondentlərin təxminən yarısı (46%) Macarıstan və onun Avropa tərəfdaşları arasında daha sıx əlaqələrin tərəfdarı olduğunu, 17%-i Macarıstanın Qərb, Rusiya və Çin arasında balans yaratmalı olduğunu, 7%-i isə Rusiya və Çinlə əlaqələrin gücləndirilməsinin tərəfdarı olduğunu bildirib.

Rusiya ilə münasibətlər haqqında suala cavab olaraq, macarların 9%-i onu müttəfiq, 37%-i strateji əməkdaşlıq üçün vacib tərəfdaş, 8%-i rəqib və 22%-i Macarıstanın münaqişədə olduğu düşmən adlandırıb.

Seçilən
30
ikisahil.az

1Mənbələr