AZ

Yusuf Güney də saxlanıldı

​​​​​​​Türkiyəli ifaçı Yusuf Güney İstanbul Polis İdarəsinin Narkotik Cinayətləri Şöbəsi tərəfindən saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb. 
Bildirilib ki, əməliyyat İstanbul Baş Prokurorluğu ilə koordinasiyalı şəkildə həyata keçirilib.
Saxlanılmaya səbəb rəqəmsal platformada yayımlanan proqramda qonaq kimi iştirak edən və tərkibində qadağan olunmuş maddə olan Ayahuasca çayının istehlakını təşviq edən açıqlamalar olub.
Araşdırmalar nəticəsində məlum olub ki, çayın tərkibində DMT maddəsi 2313 saylı Qanuna əsasən qadağan olunmuş maddələr aşkarlanıb.
Qeyd edilib ki, Yusuf Güney hazırda polis bölməsində dindirilir.
Seçilən
28
yeniavaz.com

1Mənbələr