AZ

"Quba" "Şəki Siti"ni darmadağın etdi - VİDEO

Futbol üzrə Azərbaycan II Liqasında XXI tura yekun vurulub.

Sportal.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub.

"Quba" doğma meydanda "Şəki Siti"ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 42-yə yüksəldən "Quba" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 30 xalı olan "Şəki Siti" isə 7-ci yerdədir.

"Quba" - "Şəki Siti" 5:1

Qollar: C.Qasımov, 31, İ.İbrahimli, 34, 69, E.Səmədov, 58, 81 - E.Hacıbabayev, 76

saytlarin hazirlanmasi

Seçilən
23
1
sportal.az

2Mənbələr