AZ

Azərbaycanda bu ilin sonunadək daha iki GES enerjisistemə inteqrasiya olunacaq

Bakı. Trend:

Xarici investor tərəfindən inşa olunan (Masdar) 445 MVt gücündəBiləsuvar Günəş Elektrik Stansiyasının (GES) və 315 MVt gücündəNeftçala GES-in (Bankə) enerjisistemə inteqrasiyası ilə bağlıtədbirlərin icrasının bu ilin noyabrın 1-dək yekunlaşması nəzərdətutulub.

Trend-in əldəetdiyi məlumata görə, hər iki GES-in inteqrasiyası ilə əlaqədarişlərin icrası üzrə “Azərenerji” ASC və Energetika Nazirliyi icraçıqurum kimi müəyyənləşib.

Qeyd edək ki, 2024-cü ilin iyun ayında “Masdar” və SOCARAzərbaycanda ümumi gücü 1 giqavat (GVt) olan Günəş və küləkenerjisi üzrə üç iri layihənin gerçəkləşdirilməsinə startveriblər.

Söhbət üç layihədən gedir: Biləsuvarda 445 MVt gücündə günəşelektrik stansiyası, Neftçalada 315 MVt gücündə günəş elektrikstansiyası və Abşeron-Qaradağ regionunda 240 MVt gücündə yerüstükülək elektrik stansiyası. Bu layihələr üzrə investisiya sazişləri2023-cü ilin oktyabr ayında əldə olunub, bundan sonra elektrikenerjisinin alqı-satqısı, şəbəkəyə qoşulma və torpaq icarəsi iləbağlı sazişlər imzalanıb.

Seçilən
26
az.trend.az

1Mənbələr