AZ

Birinci Liqa: “Şəfa” “Səbail”ə qalib gəldi - VİDEO

Futbol üzrə Azərbaycan I Liqasında XXI tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.

Lider "Şəfa" öz meydanında "Səbail"i məğlub edib. Çempionatın iddialı komandalarında olan "Mingəçevir" də turu qələbə ilə başa vurub. "Şahdağ Qusar" isə "Difai"yə qalib gəlib.

I Liqa, XXI tur

9 fevral

"Şimal" - "Mingəçevir" 0:3

Qollar: B.Həziyev, 62 (pen), 87, K.Kalunqa, 73

"Şəfa" - "Səbail" 2:1

Qollar: E.Zamanov, 48, N.Əliyev, 57 - K.Quliyev, 61 (pen)

"Difai" - "Şahdağ Qusar" 0:3

Qollar: F.Camalov, 10, K.Adjey, 29, S.Ağalarov, 31

Qırmızı vərəqə: K.Adjey, 87 ("Şahdağ Qusar")


Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
1
bizim.media

1Mənbələr