AZ

ABŞ Roma Papasını təhdid etdi: Bizim tərəfimizi seçməsəniz...

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ prezidenti Donald Tramp administrasiyası amerikalı mənşəli ilk Roma papası, XIV Leo ilə gərginlik yaşayır.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Free Press” nəşri məlumat dərc edib.

Münaqişənin başlanğıcı papanın Vatikanın diplomatik korpusu qarşısında etdiyi ənənəvi “dünyanın vəziyyəti” haqqında çıxış olub. XIV Leo 2026-cı ildəki çıxışında beynəlxalq siyasətdə baş verən proseslərlə bağlı ciddi narahatlığını ifadə edib. O bildirib ki, dialoqa və konsensusa əsaslanan diplomatiya getdikcə güc amilinə söykənən vəziyyətlə əvəz olunur.

Onun sözlərinə görə, müharibə yenidən aktuallaşır, hərbiləşmə meylləri güclənir və sülh artıq müstəqil dəyər kimi deyil, daha çox üstünlük qazanmaq vasitəsi kimi qəbul edilir.

Nəşrin məlumatına görə, çıxışdan bir neçə gün sonra ABŞ Müdafiə Nazirliyinin rəsmiləri Vatikan nümayəndələri ilə Pentaqonda qapalı görüş keçiriblər. Görüşdə nazir müavini Elbridc Colby və Vatikanın ABŞ-dakı səfiri Kristofe Pierre iştirak edib. İddialara əsasən, Kolbi ABŞ-ın dünyada istədiyini həyata keçirməyə imkan verən hərbi gücə malik olduğunu deyib və Katolik kilsəsinin onların tərəfini seçməsinin daha məqsədəuyğun olacağı barədə xəbərdarlıq edib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
globalinfo.az

1Mənbələr