Metronun “28 May” stansiyasının qarşısında piyadanı vuraraq xəsarət yetirən skuter sürücüsü hadisə yerindən yayınıb.
NOCOMMENT.az xəbər verir ki, hazırda hadisə yerindən yayınan şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi və tapılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri görülür.
19:18
Metronun “28 May” stansiyasının qarşısında qadını skuter vurub.
NOCOMMENT.az xəbər verir ki, qadın hadisə nəticəsində huşunu itirib.
Əraziyə dərhal təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunublar./oxu.az/