AZ

İran XİN: Hər hansı danışığın aparılması ABŞ-ın öhdəliklərə əminlik əldə olunmasından asılıdır

“Pakistan hökuməti hər iki tərəfi İslamabada səfər edib danışıqlar aparmağa dəvət edib. Bu dəvət hazırda araşdırılır və planlaşdırılır. Lakin şübhəsiz ki, hər hansı danışığın aparılması ABŞ-ın atəşkəsə dair bütün cəbhələrdə öhdəliklərini yerinə yetirməsinə əminlik əldə olunmasından asılıdır”.

APA-nın Tehran müxbirinin verdiyi məlumata görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai deyib.

“Livanda müharibənin dayandırılması Pakistanın təklif etdiyi atəşkəs razılaşmasının ayrılmaz tərkib hissəsidir və ölkənin baş nazirinin də açıq şəkildə bəyan etdiyi kimi, ABŞ Livanda da daxil olmaqla, bütün cəbhələrdə müharibəni dayandırmağa öhdəlik götürüb. Bu öhdəliyə zidd olan istənilən hərəkət və ya mövqe ABŞ-ın öhdəliyinə əməl etməməsi deməkdir”, - XİN sözçüsü bildirib.

Baqai onu da vurğulayıb ki, səfər proqramı dəqiqləşdikdən sonra göndəriləcək nümayəndə heyətinin tərkibi də elan olunacaq.

Seçilən
20
4
apa.az

5Mənbələr