AZ

"Qarabağ" "Karvan Yevlax"a bir saatda 7 qol vurdu - REPORTAJ

Qarabağ (Ağdam) - Karvan-Yevlax 7:0 (5:0)
99. Mateuş Koxalski - 6,0
44. Elvin Cəfərquliyev - 6,5
(24. Ceremi Qnali, 65) - 6,0
81. Kevin Medina - 6,0
2. Mateus Silva - 6,0
18. Dani Bolt - 7,0
(30. Abbas Hüseynov, 65) - 5,5
15. Leandro Andrade - 7,5
35. Pedro Bikalyo - 6,0
(8. Marko Yankoviç, 65) - 5,5
9. Xoni Montiel - 7,0
10. Abdulla Zubir (k) - 7,0
(27. Toral Bayramov, 65) - 5,5
17. Kamilo Duran - 8,0
(22. Musa Qurbanlı, 65) - 5,5
20. Kadi Borges - 6,5
Ehtiyat oyunçular
1. Şahrudin Məhəmmədəliyev 
97. Fabian Buntiç
55. Bədavi Hüseynov
77. Ramil Şeydayev
32. Hikmət Cəbrayılzadə
21. Aleksey Kaşuk
11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Kamilo Duran

99. Pedro Mateuş - 4,5
37. Mois Nqvisani - 5,0
(13. Vüsal Məsimov, 58) - 5,0
4. Olavale Doyeni - 4,5
(33. Eltun Turabov, 58) - 5,0
32. Elvin Yunuszadə (k) - 5,5
21. İmani Barker - 5,0
2. Şakil Sno - 5,0.
11. Kayl Spens - 4,5
(10. Samuel Durrant, 58) - 5,0
19. Tompson Qavi - 4,5
(16. Rauf Rüstəmli, 58) - 5,0
6. Vadim Abdullayev - 5,0
8. Peter Kinqs - 4,5
(14. Uğur Cahangirov, 46) - 5,0
20. Coy-Sleyd Mikels - 5,0
Ehtiyat oyunçular
1. Kamran İbrahimov
25. Əmrah Bulud
17. Samir Abdullayev
Baş məşqçi: Füzuli Məmmədov
Komandanın ən yaxşısı: Elvin Yunuszadə

Qollar: L.Andrade, 23 (1:0, K.Duran). K.Duran, 31 (2:0, X.Montiel). D.Bolt, 40 (3:0, K.Borges). A.Zubir, 43 (4:0, X.Montiel). K.Duran, 45 (5:0, A.Zubir). K.Duran 48 (6:0, L.Andrade). L.Andrade, 64 (7:0, E.Cəfərquliyev).
Vərəqə: D.Bolt, 62 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: KAMRANBƏY RƏHİMOV, Asiman Əzizli, Kərim Zeynalov, Əkbər Əhmədov (hamısı Bakı).
VAR hakimi: Emin Əliyev (Bakı).
VAR hakiminin köməkçisi: Tural Qurbanov (Bakı).
Hakim-inspektor: Rəhim Həsənov (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
6 aprel. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 800 tamaşaçı (31200 yerlik).
Yalnız birinci hissəyə 1 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.

Qələbə, qələbə, ancaq qələbə... Çempionluq uğrunda gərgin mübarizə apardığı "Sabah"la aradakı xal fərqinin artmasına imkan verməməli olan "Qarabağ"ında başqa yolu yox idi. Elə hələ də elitada yerini qoruyacağına ümid edən "Karvan-Yevlax"ın da. O başqa məsələ ki, qonaqlar Bakıda başına gələcəklərdən hələ xəbərsiz idi. 

İlk dəqiqələrdən dominant oyun sərgiləyən meydan sahibləri qonaqların müqavimətini qırmaqda əvvəlcə bir qədər çətinlik çəkdi. Ancaq sonra işlər o həddə çatdı ki, matç yevlaxlıların ən pis xatirəsinə çevrildi. Duran het-trik, Andrade dubl etdi. Halbuki ilk dəqiqələrdə Elvin kolumbiyalının, Barker kabo-verdelinin fərqlənməsinə mane olmuşdu. Kəsəsi, qonaqların xal ümidi çox yaşamadı. "Karvan-Yevlax"ın darmadağının əsası 23-cü dəqiqədə qoyuldu. Daha dəqiqi, Kadi - Duran - Andrade kombinasiyası qolla nəticələndi. 31-ci dəqiqədə Duran fərqləndi. Montielin uzaqdan ötürməsini qəbul edən kolumbiyalı Barkerlə təkbətək mübarizədən qalib ayrılandan sonra topu tora qovuşdurdu. 40-cı dəqiqədə Bolt Kadinin qapıya paralel ötürməsindən maksimum faydalandı. Ardıcıl qollarla "Karvan-Yevlax"ın müdafiə xəttini tərksilah edən "köhlən atlar" fasiləyə qədər fərqi 5-ə çatdırdı! 43-cü dəqiqədə Montielin uzaqdan ötürməsini aşırma zərbəylə dəyərləndirən Zubir, 45-ci dəqiqədə isə Zubirin göndərdiyi "kürə"ni "çərçivə"dən keçirən Duran komandasını sevindirdi.

Ağdamlılar ikinci yarıya da qolla başladı. Leandronun cərimə meydançasında Doyenidən alıb Durana çatdırdığı top cəmi 2 saniyə sonra torda idi. Başqa sözlə, Kamilo 48-ci dəqiqədə het-trikə imza atdı. Bundan sonra bir qədər "istirahət edən" meydan sahibləri 64-cü dəqiqədə fərqi 7-yə çatdırdı: Elvinin ötürməsini qolla tamamlayan Andrade dubl etdi. Əlbəttə, belədə ağla "Qəbələ"nin 2016/17 mövsümündə "Neftçi"nin meydanında qazandığı 8:0 hesablı qələbə gəldi. "Köhlən atlar" rekorda doğru çapırdı? Elə bu ərəfədə Qurban Qurbanovun 4 futbolçunu əvəzləməsi bu yöndə ümidləri azaltdı. Düzdü, 90-cı dəqiqədə Musa Abbasın qapıya paralel ötürməsini qolla tamamladı. Ancaq məhz Abbasın oyundakənar vəziyyətdə olması rekordun təkrarlanmasını əngəllədi.

Hər halda, "Qarabağ" böyükhesablı qələbəylə "Saba"la aradakı xal fərqini azaltdı. İlk iki pillədə durumun nə dərəcədə dəyişəcəyinə bu gün "Araz-Naxçıvan"ın qonağı olacaq "bayquşlar" qərar verəcək. "Karvan-Yevlax"ın isə premyer-liqada qalacağına yəqin artıq heç Fizuli Məmmədov da inanmır.

Gözdən qaçmadı
// "Karvan Yevlax" çətin səfər oyununda azarkeşsiz idi. "Qarabağ" isə parlaq qələbəni tərəfdarlarıyla birgə qeyd etdi.
// Matçın bitməsindən bir neçə saat keçsə də, "Karvan Yevlax" nəticəni sosial şəbəkə hesablarında elan etməmişdi.

KƏNAN BAHADIR

Seçilən
57
1
football-plus.az

2Mənbələr