AZ

“Neftçi” “Sumqayıt”da “Araz-Naxçıvan”ı qabaqladı - REPORTAJ

Sumqayıt – Neftçi (Bakı) 1:3 (0:1)
1. Mehdi Cənnətov – 5,0
24. Sənan Muradlı – 5,0
72. Rayan Senhadji – 5,5
3. Höccət Haqverdi – 5,0
75. Nadir Orucov – 5.0
10. Nikola Ninkoviç – 6,0
(11. Aleksa Yankoviç, 74) – 5,0
8. Səbuhi Abdullazadə (k) – 5,0
(29. Emil Mustafayev, 79) – qiymətsiz
6. Sedrik Badolo – 5,5
(23. Ronaldo Vaskes, 79) – qiymətsiz
7. Rüstəm Əhmədzadə - 5,0
(21. Nihad Əhmədzadə, 74) – 5,0
9. Aleksandr Ramalinqom – 5,0
95. Nsana Simon – 5,5
(71. Masaki Murata, 74) – 5,0
Ehtiyat oyunçular
22. Xəyal Fərzullayev
12. Murad Ağamalıyev
37. Nihad Orucəli
33. Daniel Beskorovaynı
Baş məşqçi: Saşa İliç
Komandanın ən yaxşısı: Nikola Ninkoviç

13. Kenan Piriç (k) – 6,0
24. Mustafa Sek – 6,0
5. İqor Ribeyro – 6,0
15. Elvin Bədəlov – 6,0
77. Falaye Sako – 6,0
18. İfeanyi Metyu – 6,5
(6. Sessi D’Almeyda, 78) – qiymətsiz
11. İmad Faraj – 6,0
(28. Alessio Kurçi, 78) – qiymətsiz
7. Emil Səfərov – 6,0
4. Elvin Camalov – 6,0
(23. Cordan Rezabala, 65) – 5,0
33. Breno Almeyda – 5,5
(47. Murad Məmmədov, 65) – 5,5
10. Freddi Varqas – 7,0
(45. Vensan Abubakar, 81) – qiymətsiz
Ehtiyat oyunçular
1. Emil Balayev
81. Məhdi Həsənov
17. Murad Xaçayev
19. Ağadadaş Salyanski
14. Edvin Kuç
70. Andrey Ştoqrin
22. Luis Ortis
Baş məşqçi: Yuri Vernidub
Komandanın ən yaxşısı: Freddi Varqas

Qollar: F.Varqas, 36-p. (0:1). N.Ninkoviç, 53 (1:1). İ.Metyu, 65 (1:2, F.Varqas). V.Abubakar, 89 (1:3).
Vərəqə: S.Muradlı, 34 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: KAMAL UMUDLU, Vüsal Məmmədov, Eyyub İbrahimov, Əli Əliyev (hamısı Bakı).
VAR hakimi: Rəvan Həmzəzadə (Şəki).
VAR hakiminin köməkçisi: Cəmil Quliyev (Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
5 aprel. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 1950 tamaşaçı (9502 yerlik).
Hər hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.

Ardıcıl 7 çempionat oyununda qələbəyə həsrət qalan “Sumqayıt”ın tilsimi bu oyunda qıracağına inanmaq üçün xeyli nikbin olmaq lazım idi.

Bəli, bəlkə də “kimyaçılar”ın ən sadiq azarkeşləri bu yöndə ümidliydi, lakin son 10 oyunda cəmi bir dəfə uduzan “Neftçi” səfərdən məyus qayıtmağı ağlına belə gətirmirdi. Hədəf qalib gəlmək və tunir cədvəlində “Araz-Naxçıvan”ı geridə qoymaq idi ki, qonaqlar bunu ilk dəqiqələrdən gizlətmədi. Hətta “ağ-qaralar” 3-cü dəqiqədə hesabı açmağı yaxın oldu. Meydan sahiblərinin bəxti onda gətirdi ki, Senhadji Varqasın boş qapını dəqiq nişan almasına imkan vermədi. Düzdü, venesuelalı 9-cu dəqiqədə istəyinə çatdı. Cərimə meydançasında Səbuhiyə toxunandan sonra önünə düşən topu dərhal “çərçivə”dən keçirdi. İş ondadı ki, bu dəfə də məhz özünün oyundankənar vəziyyətdə olması səbəbindən qolu sayılmadı.

Varqas36-cı dəqiqədə qol istəyinə çatdı. Çünki Sənanın Freddinin ötürməsini qəbul etdikdən sonra fərqlənməyə cəhd edən Almeydanı kobud müdaxiləylə dayandırması Kamal Umudlunun “nöqtə”ni göstərməsi ilə nəticələndi. Belədə topun arxasına keçən Varqas komandasını hesabda irəli çıxardı. Əslində “Neftçi” fasiləyə 2:0 hesablı üstünlüklə yollana bilərdi. Lakin Elvinin ötürməsindən sonra Mehdiylə təkbətək mübarizəyə qoşulan Faraj qolkiperə uduzdu.

İkinci hissə “Sumqayıt” üçün uğurlu başladı - 53-cü dəqiqədə təxminən 20 metrdən cərimə zərbəsi yerinə yetirən Ninkoviç topu tora qovuşdurdu. O başqa məsələ ki, oyunun axarına nəzarəti itirməyən “Neftçi” yenidən rəqibi məğlub duruma salmağı bacardı: 65-ci dəqiqədə Metyu Varqasın küncdən göndərdiyi topu başla tora qovuşdurdu. Çox keçmədən Muradın ardıcıl cəhdlərinə şahidlik etsək də, hesab dəyişmədi. Gənc yarımmüdafiəçi hər iki cəhddə qeyri-dəqiq zərbə vurdu. Hər halda, “ağ-qaralar” fərqi artıra bildi.Düzdü, 89-cu dəqiqəyə təsadüf edən epizodda əvvəlcə Emil bəxtini sınadı. Ancaq onun zərbəsindən sonra Ramalinqoma toxunan top Abubakarın önünə düşdü. Nəticədə zədəsini yenicə bərpa edən kamerunlu da adını tabloya yazdırdı.

Beləliklə, “Neftçi” 5-ci pilləyə yüksəldi, yəni avrokubok hədəfinə bir addım da yaxınlaşdı. “Sumqayıt” isə kubok da daxil olmaqla artıq 10 oyundu qələbə üzü görmür!

Gözdən qaçmadı
// “Neftçi” tərəfdarları həm İliçi istefaya səslədi, həm də qələbəni komandayla birgə qeyd etdi. “Kimyaçılar” isə deyəsən, uğursuzluğa qarşı immunitetini gücləndirib…
// Ninkoviç baxımlı qolunu azyaşlı övladının şəklini öpərək qeyd etdi.
// Zədəsini müalicə etdirmək üçün Serbiyaya yollanan Emin Mahmudov “Neftçi”nin heyətində yer almadı.

KƏNAN BAHADIR

Seçilən
40
1
football-plus.az

2Mənbələr