AZ

“Neftçi” “Sumqayıt”da “Araz Naxçıvan”ı qabaqladı

ain.az, Footbal-plus saytına istinadən bildirir.

Sumqayıt – Neftçi (Bakı) 1:3 (0:1)1. Mehdi Cənnətov – 5,024. Sənan Muradlı – 5,072. Rayan Senhadji – 5,53. Höccət Haqverdi – 5,075. Nadir Orucov – 5.010. Nikola Ninkoviç – 6,0(11. Aleksa Yankoviç, 74) – 5,08. Səbuhi Abdullazadə (k) – 5,0(29. Emil Mustafayev, 79) – qiymətsiz6. Sedrik Badolo – 5,5(23. Ronaldo Vaskes, 79) – qiymətsiz7. Rüstəm Əhmədzadə - 5,0(21. Nihad Əhmədzadə, 74) – 5,09. Aleksandr Ramalinqom – 5,095. Nsana Simon – 5,5(71. Masaki Murata, 74) – 5,0Ehtiyat oyunçular22. Xəyal Fərzullayev12. Murad Ağamalıyev37. Nihad Orucəli33. Daniel BeskorovaynıBaş məşqçi: Saşa İliçKomandanın ən yaxşısı: Nikola Ninkoviç13. Kenan Piriç (k) – 6,024. Mustafa Sek – 6,05. İqor Ribeyro – 6,015. Elvin Bədəlov – 6,077. Falaye Sako – 6,018. İfeanyi Metyu – 6,5(6. Sessi D’Almeyda, 78) – qiymətsiz11. İmad Faraj – 6,0(28. Alessio Kurçi, 78) – qiymətsiz7. Emil Səfərov – 6,04. Elvin Camalov – 6,0(23. Cordan Rezabala, 65) – 5,033. Breno Almeyda – 5,5(47. Murad Məmmədov, 65) – 5,510. Freddi Varqas – 7,0(45. Vensan Abubakar, 81) – qiymətsizEhtiyat oyunçular1. Emil Balayev81. Məhdi Həsənov17. Murad Xaçayev19. Ağadadaş Salyanski14. Edvin Kuç70. Andrey Ştoqrin22. Luis OrtisBaş məşqçi: Yuri VernidubKomandanın ən yaxşısı: Freddi VarqasQollar: F.Varqas, 36-p. (0:1). N.Ninkoviç, 53 (1:1). İ.Metyu, 65 (1:2, F.Varqas). V.Abubakar, 89 (1:3).Vərəqə: S.Muradlı, 34 (qeyri-idman hərəkəti) – sarı.Hakimlər: KAMAL UMUDLU, Vüsal Məmmədov, Eyyub İbrahimov, Əli Əliyev (hamısı Bakı).VAR hakimi: Rəvan Həmzəzadə (Şəki).VAR hakiminin köməkçisi: Cəmil Quliyev (Bakı).Hakim-inspektor: Şahin Cəfərov (Bakı).AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).5 aprel. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 1950 tamaşaçı (9502 yerlik).Hər hissəyə 3 dəqiqə əlavə olunub.Oyunun qiyməti: 6,5.Ardıcıl 7 çempionat oyununda qələbəyə həsrət qalan “Sumqayıt”ın tilsimi bu oyunda qıracağına inanmaq üçün xeyli nikbin olmaq lazım idi. Bəli, bəlkə də “kimyaçılar”ın ən sadiq azarkeşləri bu yöndə ümidliydi, lakin son 10 oyunda cəmi bir dəfə uduzan “Neftçi” səfərdən məyus qayıtmağı ağlına belə gətirmirdi. Hədəf qalib gəlmək və tunir cədvəlində “Araz-Naxçıvan”ı geridə qoymaq idi ki, qonaqlar bunu ilk dəqiqələrdən gizlətmədi. Hətta “ağ-qaralar” 3-cü dəqiqədə hesabı açmağı yaxın oldu. Meydan sahiblərinin bəxti onda gətirdi ki, Senhadji Varqasın boş qapını dəqiq nişan almasına imkan vermədi. Düzdü, venesuelalı 9-cu dəqiqədə istəyinə çatdı. Cərimə meydançasında Səbuhiyə toxunandan sonra önünə düşən topu dərhal “çərçivə”dən keçirdi. İş ondadı ki, bu dəfə də məhz özünün oyundankənar vəziyyətdə olması səbəbindən qolu sayılmadı. Varqas 36-cı dəqiqədə qol istəyinə çatdı. Çünki Sənanın Freddinin ötürməsini qəbul etdikdən sonra fərqlənməyə cəhd edən Almeydanı kobud müdaxiləylə dayandırması Kamal Umudlunun “nöqtə”ni göstərməsi ilə nəticələndi. Belədə topun arxasına keçən Varqas komandasını hesabda irəli çıxardı. Əslində “Neftçi” fasiləyə 2:0 hesablı üstünlüklə yollana bilərdi. Lakin Elvinin ötürməsindən sonra Mehdiylə təkbətək mübarizəyə qoşulan Faraj qolkiperə uduzdu.İkinci hissə “Sumqayıt” üçün uğurlu başladı - 53-cü dəqiqədə təxminən 20 metrdən cərimə zərbəsi yerinə yetirən Ninkoviç topu tora qovuşdurdu. O başqa məsələ ki, oyunun axarına nəzarəti itirməyən “Neftçi” yenidən rəqibi məğlub duruma salmağı bacardı: 65-ci dəqiqədə Metyu Varqasın küncdən göndərdiyi topu başla tora qovuşdurdu. Çox keçmədən Muradın ardıcıl cəhdlərinə şahidlik etsək də, hesab dəyişmədi. Gənc yarımmüdafiəçi hər iki cəhddə qeyri-dəqiq zərbə vurdu. Hər halda, “ağ-qaralar” fərqi artıra bildi. Düzdü, 89-cu dəqiqəyə təsadüf edən epizodda əvvəlcə Emil bəxtini sınadı. Ancaq onun zərbəsindən sonra Ramalinqoma toxunan top Abubakarın önünə düşdü. Nəticədə zədəsini yenicə bərpa edən kamerunlu da adını tabloya yazdırdı.Beləliklə, “Neftçi” 5-ci pilləyə yüksəldi, yəni avrokubok hədəfinə bir addım da yaxınlaşdı. “Sumqayıt” isə kubok da daxil olmaqla artıq 10 oyundu qələbə üzü görmür!Gözdən qaçmadı// “Neftçi” tərəfdarları həm İliçi istefaya səslədi, həm də qələbəni komandayla birgə qeyd etdi. “Kimyaçılar” isə deyəsən, uğursuzluğa qarşı immunitetini gücləndirib…// Ninkoviç baxımlı qolunu azyaşlı övladının şəklini öpərək qeyd etdi.// Zədəsini müalicə etdirmək üçün Serbiyaya yollanan Emin Mahmudov “Neftçi”nin heyətində yer almadı.KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
1
icma.az

2Mənbələr