AZ

Litvada yerləşən ABŞ hərniçilərinin sayı artırılacaq



Vilnüs Litvada yerləşən ABŞ ordusu kontingentinin artırılmasını mümkün hesab edir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Deyvidas Matulionis deyib.

"Əgər amerikalılar həqiqətən təşəbbüs göstərib Litvadakı hərbi iştiraklarını artırsalar, bu, son dövrlərdə ən vacib nailiyyət olardı", - deyə o bildirib.

Məsləhətçi qeyd edib ki, bu cür mülahizələr Litvanın Vaşinqtonun Hörmüz boğazında ABŞ-ın hərəkətlərinə qoşulmaq çağırışlarına bacardığı qədər cavab vermək istəyindən irəli gəlir.

Qeyd edək ki, 2019-cu ildən bəri ABŞ ordusunun təxminən 1000 nəfərlik ağır batalyonu Baltikyanı respublikaya rotasiya əsasında yerləşdirilib. Amerikalıların sərəncamında Abrams tankları, Bradley piyada döyüş maşınları və Paladin artilleriya sistemləri var. 2024-cü ilin noyabr ayında rotasiyanın daimi olması barədə qərar qəbul edilib.

Anar
Seçilən
22
1
newscenter.az

2Mənbələr