AZ

Motosiklet və moped sürücüləri ilə bağlı TƏHLÜKƏLİ STATİSTİKAVİDEO

Təkcə ötən gün xəsarətlə nəticələnən 5 yol-nəqliyyat hadisəsindən 3-ü motosiklet sürücülərinin iştirakı ilə baş verib. Üç nəfər də xəsarət alıb. 

Xezerxeber.az xəbər verir ki, bu haqda Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, Yasamal, Xətai və Abşeron rayonları ərazisində qeydə alınan bu hadisələrin hər biri toqquşma ilə nəticələnib.

Baş Dövlət Yol Polisi İdarəsi motosiklet və moped sürücülərini diqqətli olmağı  tövsiyyə edib.

İdarə bir daha sürücüləri məsuliyyətli davranmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
10
xezerxeber.az

1Mənbələr