AZ

Lavrov Araqçi ilə danışdı: “İran və ABŞ arasındakı atəşkəs…”

Rusiya və İran Xarici İşlər nazirləri arasında baş tutan telefon danışığı zamanı Yaxın Şərqdəki gərginliyin azaldılması istiqamətində mühüm məqamlar müzakirə edilib. Rusiya XİN rəhbəri Sergey Lavrov və iranlı həmkarı Abbas Araqçı regionun gələcək taleyi ilə bağlı prinsipial mövqelərini ortaya qoyublar.

NOCOMMENT.az xəbər verir ki, telefon danışığı zamanı Sergey Lavrov ABŞ və İran arasında hərbi əməliyyatların iki həftəlik dayandırılmasına dair əldə olunmuş razılığı yüksək qiymətləndirdiyini bildirib. Lavrov bu atəşkəsin regionda daha böyük sülhün başlanğıcı ola biləcəyinə ümidvar olduğunu ifadə edib.

Öz növbəsində, İranın Xarici İşlər naziri Abbas Araqçı BMT Təhlükəsizlik Şurasında Fars körfəzindəki vəziyyətin müzakirəsi zamanı göstərdiyi prinsipial və ədalətli mövqeyə görə Moskvaya dərin minnətdarlığını çatdırıb. Danışıqların ən kritik məqamı isə Moskvanın qəti mövqeyi olub. Belə ki, Rusiya tərəfi İran ətrafındakı münaqişədə əldə olunan bütün atəşkəs razılaşmalarının mütləq şəkildə Livan ərazisinə də şamil edilməli olduğunu vurğulayıb. Rusiya rəhbərliyi hesab edir ki, regional təhlükəsizlik yalnız bütün münaqişə ocaqlarında eyni vaxtda sülhün bərqərar olması ilə mümkündür.

Sara
NOCOMMENT.az

Seçilən
31
nocomment.az

1Mənbələr