Aliu Sisse Anqola millisinin baş məşqçisi təyin olunub.
QOL.az xəbər verir ki, bu barədə millinin mətbuat xidməti məlumat yayıb. Liviya yığmasından yeni ayrılan mütəxəssis Anqola milli komandasını çalışdıracaq. 50 yaşlı baş məşqçi ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, təcrübəli mütəxəssis Liviya və doğma Seneqal yığmalarındakı fəaliyyəti ilə tanınır. O, Seneqal millisi ilə 2021-ci ildə Afrika Millətlər Kubokunun qalibi olub, iki il əvvəl isə eyni turnirin gümüş medallarını qazanıb.