AZ

Müharibə qaydalarını dəyişdirə biləcək silahlar ərsəyə gətirildi

Şimali Koreya müasir müharibə qaydalarını dəyişdirə biləcək silahlar ərsəyə gətirib. Metbuat.az xəbər verir ki, Şimali Koreya elektrik şəbəkələrini sıradan çıxara bilən karbon lifli bombaları, elektron sxemlərini məhv edən elektromaqnit silahları və geniş əraziləri viran qoya bilən kaset bombalı ballistik raketləri uğurla sınaqdan keçirdiyini açıqlayıb. Yerli dairələr elektromaqnit silah sistemlərini və karbon lifli bombaları ordu üçün xüsusi güc adlandırıb. Ekspertlər bildirir ki, sınaqdan keçirilmiş elektromaqnit silah sistemi düşmən qüvvələrinin elektron infrastrukturunu tamamilə sıradan çıxara bilər.

Şimali Koreya tərəfindən sınaqdan keçirilən digər silah, kaset başlığı daşıyan “Hwasongpo-11 Ka” taktiki ballistik raketidir. Məlumata görə, sınaqlar bu raketin təxminən 7 hektar ərazini əhatə edən istənilən hədəfi məhv edə bilər.

Seçilən
13
metbuat.az

1Mənbələr