AZ

Ermənistanın Azərbaycanla dəmir yolu əlaqəsi... Paşinyan anons etdi

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstanın xarici işlər naziri Ermek Koşerbayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Globalinfo.az xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın inkişafını və regionda həyata keçirilən layihələri müzakirə ediblər.

Nikol Paşinyan bildirib ki, regionda baş verən yeni proseslər, o cümlədən Azərbaycan, Rusiya və Gürcüstan üzərindən dəmir yolu əlaqəsinin bərpası ticarət əlaqələrinin genişlənməsi üçün əlavə imkanlar yaradır.

Qazaxıstan tərəfi isə nəqliyyat marşrutlarının blokdan çıxarılmasının vacibliyini vurğulayıb, regional əlaqələrin gücləndirilməsi və infrastruktur layihələrinin inkişafında maraqlı olduqlarını ifadə edib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
globalinfo.az

1Mənbələr