AZ

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

"Bakı şəhərinin Baş planına uyğun olaraq aparılacaq yenidənqurma və söküntü prosesləri mərhələli şəkildə həyata keçiriləcək və bu, paytaxtın urban inkişafında ən iri layihələrdən biri hesab olunur".

Publika.az xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, şəhər üzrə 100 mindən artıq bina ya söküləcək, ya da qismən bərpa edilərək rekonstruksiya olunacaq:

"Bu binaların bir hissəsi hələ də istifadəyə yararlı olduğundan onların tam sökülməsi deyil, kosmetik təmiri və gücləndirilməsi nəzərdə tutulur. Lakin qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş tikililər əsas prioritet kimi müəyyən edilib.

İlkin mərhələdə təxminən 10-12 min binanın bu prosesə cəlb olunacağı gözlənilir. Söküntü və yenidənqurma işləri üç mərhələdə aparılacaq və ilk növbədə qəzalı binalar tamamilə aradan qaldırılacaq. Hazırda binaların konkret siyahısı və yerləşdiyi ərazilər üzrə müəyyənləşdirmə prosesi davam edir və bu siyahı mərhələli şəkildə təsdiqlənir.

Seçilən
27
publika.az

1Mənbələr