“Kolambus Kryu”nun azərbaycanlı hücumçusu Nəriman Axundzadə MLS-də növbəti oyununu keçirib. 21 yaşlı forvard müntəzəm mövsümün 6-cı turu çərçivəsində “Atlanta Yunayted”lə səfər matçında iştirak edib. Gənc futbolçu 90-cı dəqiqədə Andres Erreranı əvəzləyib. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, “Kolambus Kryu”nun cari mövsümdəki ilk qələbəsi olub. Qış fasiləsində “Qarabağ”dan transfer edilən Axundzadənin ABŞ təmsilçisi ilə 2029-cu ilin yayınadək müqaviləsi var.
"Kolambus Kryu"nun baş məşqçisi Henrik Ridström oyundan sonra Nərimanla bağlı fikirlərini də bölüşüb: “Nəriman bu yaxınlarda “Qarabağ”dan gəlib, o, çox istedadlı oyunçudu, biz onun parlaq gələcəyini görürük”.
İsveçli mütəxəssis həmçinin qeyd edib ki, əvvəlcə Axundzadəni daha tez meydana buraxmağı planlaşdırıb. Lakin məşqçilər heyəti tələsməmək qərarına gəlib, çünki Ridströmün sözlərinə görə, Andres Errera sağ cinahda əla çıxış edib, hücumda təhlükə yaradıb və müdafiəyə kömək göstərib. Beləliklə, Axundzadənin son oyunda məhdud oyun vaxtı alması hücumçuya qarşı hansısa iradla deyil, oyunun gedişi və məşqçinin taktiki seçimi ilə bağlı olub.
Məlumat üçün əlavə edək ki, MLS-də növbəti turun oyunları aprelin 12-dən 13-nə keçən gecə baş tutacaq. “Kolambus Kryu” “Orlando Siti”ni qəbul edəcək
Mahir Emrelinin şərəfini qoruduğu “Kayzerslautern” 2-ci bundesliqanın 28-ci turunda “Fortuna”nı evdə məğlub edib – 3:0. Həmvətənimiz bütün qollar vurulandan sonra, 83-cü dəqiqədə meydana çıxıb. “Qırmızı iblislər” 43 xalla 7-ci pillədə qərarlaşıb.
Zamiq Əliyevin heyətində yer aldığı “Eqnatiya” Albaniya çempionatında növbəti oyununu keçirib. 35-ci tur çərçivəsində “Skenderbü”nü qəbul edən “Eqnatiya” qonaqları əliboş yola salıb – 3:0. Zamiq start heyətində yer alıb və 79-cu dəqiqədə əvəzlənib.
“Eqnatiya” (54 xal) bu qələbə ilə 2-ci pillədəki mövqeyini qoruyub. Komandanı lider "Vlajniya"dan iki xal ayırır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta