"Nyukasl" aparıcı futbolçuları ilə yollarını ayıra bilər.
QOL.az xəbər verir ki, Premyer Liqada 12-ci pillədə qərarlaşan "Nyukasl" uğursuz mövsüm səbəbindən yayda iki əsas futbolçusunu satmaq məcburiyyətində qala bilər.
BBC-nin məlumatına görə, komanda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, maliyyə feyr-pley qaydalarına əməl etmək üçün oyunçu satışı qaçılmaz olacaq.
Qeyd edək ki, klubun ən dəyərli futbolçuları arasında Tino Livramento, Sandro Tonali, Bruno Qimaraeş və Entoni Qordon yer alır.