AZ

Tehranın barmağı tətikdədir

İran prezidenti Məsud Pezeşkyan Vaşinqton və Tehran arasında atəşkəs razılaşmasından sonra İsrailin Livana hücumlarına münasibət bildirib.

O, sosial media səhifəsində müvafiq mesaj paylaşıb və bildirib ki, Təl-Əvivin Livana davamlı hücumları atəşkəs razılaşmasını kobud şəkildə pozmaqla yanaşı, həm də aldatma və onun heç bir razılaşmanı həyata keçirmək istəmədiyini nümayiş etdirir.

Pezeşkyan məcazi mənada əlavə edib ki, Tehran əlini tətikdən çəkməyəcək. O, İslam Respublikasının Livanı dəstəkləməyə davam edəcəyinə əminlik bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
20
editor.az

1Mənbələr