Rusiya Prezidenti Vladimir Putin pravoslavların Pasxa bayramı ilə əlaqədar hərbi əməliyyatların müvəqqəti dayandırılması barədə qərar qəbul edib. Bu barədə Kremlin mətbuat xidməti rəsmi məlumat yayıb.
NOCOMMENT.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanının qərarına əsasən, atəşkəs rejimi 11 aprel saat 16:00-dan 12 aprel 2026-cı il günün sonunadək qüvvədə olacaq. Rusiya tərəfi Ukraynanın da bu nümunəyə tabe olacağına və bayram müddətində döyüşləri dayandıracağına ümid etdiyini bildirib.
Vladimir Putin Rusiya ordusuna göstərilən müddət ərzində hərbi əməliyyatları dayandırmaq tapşırığı versə də, rəsmi Moskva düşmən tərəfinin istənilən hücumuna cavab verməyə hazır olduqlarını vurğulayıb. Qeyd edək ki, bu qərar münaqişə zonasında gərginliyin qısamüddətli də olsa azaldılması məqsədi daşıyır.
Sara
NOCOMMENT.az