AZ

Rusiyanın gücü tükənib – Zelenski

Rusiya aprelin sonuna qədər Pokrovsk ərazisindəki yaşayış məntəqələrini ələ keçirmək istəyir, lakin bunun üçün qüvvələri çatışmır.

Ukrayna Prezidenti Vladimir Zelenski bunu 9 apreldə Ukrayna Prezidenti yanında Yerli və Regional Hakimiyyətlər Konqresinin iclasında bildirib. Ukrayna lideri qeyd edib ki, Pokrovsk ərazisi “çox çətindir, amma biz mövqeyimizi qoruyuruq”. “Onlar aprelin sonuna qədər bütün bu ərazini – Pokrovsk, Kostyantinovka, Drujkovkanı [ələ keçirmək] istəyirlər; məqsəd budur”, – deyə Zelenski bildirib.

O, rusların hazırda cəbhədə ağır itkilər verdiyini, buna görə də Pokrovsk aqlomerasiyasını ələ keçirmək üçün “bu gün qüvvələrinin olmadığını” vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
35
editor.az

1Mənbələr