AZ

“İnter” Kristian Kivunu baş məşqçi vəzifəsində saxlayacaq

"İnter" baş məşqçi vəzifəsində Kristian Kivunu saxlamağı planlaşdırır.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, Milan klubu rumın mütəxəssislə müqaviləni 2028-ci ilin yayına qədər uzatmaq niyyətindədir. Bundan sonra “İnter” oyun sistemini “4-3-2-1” formasiya ilə azacıq dəyişdirərək tətbiq etməyi planlaşdırır.

Kristian Kivu “İnter”i 2025-ci ilin iyununda çalışdırmağa başlayıb və o zaman 2027-ci ilə qədər müqavilə imzalamışdı. Bundan əvvəl Kivu 2018–2024-cü illərdə müxtəlif yaş qruplarından ibarət “İnter” komandalarını çalışdırıb, 2025-ci ildə isə Parma-ya rəhbərlik edib.

Qeyd edək ki, Kivu oyunçu karyerası zamanı 2007–2014-cü illərdə Milan klubunda çıxış edib və səkkiz titul qazanıb, o cümlədən Çempionlar Liqası kuboku.

Seçilən
109
90deqiqe.az

1Mənbələr