AZ

“Bu, axmaqlıqdır” – Araqçidən ABŞ-yə sərt sözlər

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ və İsrailə yönəlik sərt açıqlama ilə çıxış edib.

Musavat.com xəbər verir ki, Araqçi İsrailin baş naziri Benyamin Netanyahunun siyasətini kəskin tənqid edərək bildirib ki, onun addımları diplomatik prosesləri faktiki olaraq məhv edir.

Nazirin sözlərinə görə, Netanyahunun cinayət işi üzrə məhkəmə prosesinin bazar günü yenidən başlanması fonunda region üzrə, o cümlədən Livanı əhatə edən genişmiqyaslı atəşkəs bu prosesi sürətləndirə bilərdi.

Araqçi vurğulayıb ki, əgər ABŞ Netanyahunun diplomatiyanı “öldürməsinə” imkan verərək öz iqtisadiyyatını risk altına atırsa, bu, onların seçimidir.

“Biz bunu axmaqlıq hesab edirik, amma buna hazırıq”, – deyə iranlı diplomat əlavə edib.

Musavat.com

Seçilən
18
1
musavat.com

2Mənbələr