AZ

Qarğıdalı satıcısı fenomenə çevrildi - VİDEO

Rus turistlər “yaraşıqlı qarğıdalı satıcısı” üçün İstanbula axın edir.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, sosial mediada sürətlə yayılan maraqlı görüntülər İstanbulda yerli bir satıcını qısa zamanda turistik cazibə nöqtəsinə çevirib. “İstanbula aşiq olmağınıza səbəb ola bilər” yazılı afişa ilə məşhurlaşan bu şəxs – “yaraşıqlı qarğıdalı satıcısı” kimi tanınan – xüsusilə rus turistlərin böyük marağına səbəb olub.

Artıq bəzi tur şirkətləri onu görmək istəyənlər üçün İstanbula xüsusi turlar təşkil etməyə başlayıb. Qısa müddətdə minlərlə insanın diqqətini çəkən bu fenomen, sosial medianın real həyatda necə təsir yaratdığını bir daha göstərib.

Son günlərdə bir rus turist əlində hədiyyə ilə onun işlədiyi yerə gələrək ziyarət edib. Görüntülərdə turistin həyəcanını gizlədə bilmədiyi, satıcının isə qonağı gülümsəyərək qarşıladığı anlar əks olunub. Sosial media sadə bir küçə satıcısını belə beynəlxalq maraq mərkəzinə çevirə bilib.


Afaq,
Musavat.com

Seçilən
51
33
musavat.com

10Mənbələr