AZ

Türkiyə bu azərbaycanlıdan danışır: 24 matç, 0 qol

Türkiyə 1-ci Liqasında çıxış edən "Serik Belediyespor" klubunda maraqlı və bir o qədər də müzakirə edilən hadisə yaşanır.

Fanat.Az xəbər verir ki, klubun səhmdarı Tufan Sadıqovun oğlu olan İlya Sadıqovun cari mövsümdəki statistikası futbol azarkeşlərini heyrətə salıb.

Hücumçu meydanda olduğu 24 matç ərzində rəqib qapılarına yol tapa bilməyib. Hücum xəttində çıxış etməsinə baxmayaraq, 0 qol göstəricisi ilə yadda qalan Sadıqovun bu performansı sosial mediada geniş müzakirələrə səbəb olub.

Bir çoxları bu vəziyyəti onun klub prezidentinin oğlu olması ilə əlaqələndirərək, heyətdə qalmasını tənqid atəşinə tutublar. Hazırda futbolçunun qol həsrətinin nə vaxt bitəcəyi və klubun bu statistikaya reaksiyası maraqla gözlənilir.

Kamil Xudiyev

Seçilən
28
fanat.az

1Mənbələr