AZ

Dünya mediası yazdı: Tramp müharibəni uduzdu

Nüfuzlu The Economist jurnalının yeni üz qabığında ABŞ prezidenti Donald Trump İran və İsrail ətrafında baş verən son qarşıdurmalar fonunda “bu müharibənin əsas uduzanı” kimi təqdim olunub.

Musavat.com xəbər verir ki, nəşr hesab edir: regional eskalasiya Vaşinqtonun gözlədiyi nəticələri verməyib və ABŞ-ın təsir imkanları əvvəlki kimi güclü görünmür. Analitiklərə görə, proseslər Tramp administrasiyasının strateji planlarının tam reallaşmadığını göstərir.

Digər dünya medialarının yanaşmasına əsasən, münaqişə zamanı yaranan yeni balans ABŞ-nin deyil, digər regional güclərin mövqeyini daha da gücləndirib. Bu isə Vaşinqtonun həm diplomatik, həm də siyasi nüfuzuna zərbə kimi qiymətləndirilir.

Musavat.com

Seçilən
51
50
musavat.com

10Mənbələr