AZ

Latte, espresso və digərləri arasında fərq nədir?

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qəhvə dünyası ilk baxışda mürəkkəb görünsə də, əslində bütün içkilərin əsasını eyni təməl təşkil edir.Demokrat.az bildirir ki, seçimlər arasındakı əsas fərq südün miqdarı və onun necə hazırlanması ilə bağlıdır.Espresso bütün bu içkilərin ürəyidir. Maşın vasitəsilə yüksək təzyiq altında hazırlanan tünd və qatı qəhvə növüdür. Adətən kiçik fincanlarda təqdim olunur və digər növlərin hazırlanmasında baza rolunu oynayır.Latte südün ən bol olduğu variantdır. Bir pay espressoya təxminən üç hissə buxarda qızdırılmış süd əlavə edilir. Üzərində çox nazik süd köpüyü olur. Yumşaq dadı sevənlər üçün ideal seçimdir.Kapuçino balanslı quruluşu ilə seçilir. Burada espresso, isti süd və süd köpüyü bərabər nisbətdə olur. Köpüyü lattəyə nisbətən daha qalın və havalıdır.Amerikano sadəliyi sevənlər üçündür. Espressonun üzərinə isti su əlavə edilməklə hazırlanır. Dadı klassik süzgəc qəhvəsinə bənzəsə də, aroması daha fərqlidir.Moka şokolad həvəskarlarının seçimidir. Latteyə çox bənzəyir, lakin tərkibinə şokolad şirəsi və ya tozu əlavə edilir.Flet uayt (Flat White) isə daha güclü qəhvə dadı verir. Lattəyə bənzəsə də, südün miqdarı daha azdır və köpüyü demək olar ki, yoxdur. Bu da qəhvənin dadını daha qabarıq göstərir.Aytən

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
75
demokrat.az

1Mənbələr