Bakı. Trend:
İsrail Müdafiə Ordusu Livanda İsrail ərazisinə atəş açmaq üçünistifadə edilən raket qurğularını hədəf alaraq yeni zərbələrendirib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuatxidməti bildirib.
"İsrail ordusu dünən gecə İsrailin şimalına raket atıldığı 10raket qurğusunu məhv edib", - deyə açıqlamada qeyd edilib.
İsrail ordusu əlavə edib ki, hazırda Livanda əlavə raketqurğularının axtarışı və məhv edilməsi davam etdirilir.