AZ

İran Hörmüzdən keçən gəmilərdən nə qədər rüsum tələb edir?

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp İranı Hörmüz boğazından keçən tankerlərdən rüsum alınmasını dayandırmağa çağırdıqdan sonra bölgədə gərginliyin artdığı bildirilir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Bildirilib ki, Tramp sosial media paylaşımında İranın Hörmüz boğazından keçən neft tankerlərindən ödəniş tələb etməsi ilə bağlı xəbərlərə sərt reaksiya verib. O, bu addımın “qəbuledilməz” olduğunu və dərhal dayandırılmalı olduğunu bildirib. Məlumata görə, ABŞ Prezidenti daha sonra etdiyi başqa paylaşımda İranın boğazdan keçidə “çətinlik yaratdığını” və bunun “razılaşmalara uyğun olmadığını” qeyd edib.

Bu açıqlamalar İranın Ali Liderinin bölgənin strateji su yoluna nəzarətin genişləndiriləcəyinə dair mesajlarından sonra verilib.

İddialara görə, İran Hörmüz boğazından keçən gəmilərdən hər barel üçün 1 dollar həcmində rüsum tələb edir və bəzi ödənişlərin kriptovalyuta ilə həyata keçirildiyi bildirilir.

Məlumata görə, Hörmüz boğazında tanker axını ciddi şəkildə yavaşıyıb və yüzlərlə gəminin keçid üçün gözlədiyi bildirilir. Dənizçilik mənbələri gəmilərin təhlükəsizlik riskləri səbəbilə ehtiyatlı davrandığını qeyd edir.

Bəzi beynəlxalq dəniz qurumları Fars körfəzində minlərlə dənizçinin faktiki olaraq hərəkətsiz vəziyyətdə qaldığını bildirir.

Enerji bazarlarında isə gərginlik özünü göstərməkdədir - neft qiymətlərinin kəskin artdığı qeyd olunur.

ABŞ tərəfi boğazın formal olaraq açıq olduğunu bildirsə də, İranın təzyiq və nəzarət vasitəsilə keçidi çətinləşdirdiyi iddia edilir.

İran isə ABŞ ilə gərginlik fonunda “qanuni hüquqlarından geri çəkilməyəcəyini” və regionda təhlükəsizlik siyasətini davam etdirəcəyini bəyan edir.

Hazırkı vəziyyət Hörmüz boğazının qlobal enerji tədarükündəki roluna görə beynəlxalq bazarlarda narahatlığı artırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
qafqazinfo.az

1Mənbələr