AZ

Nadir metallara tələbat artır

Qlobal miqyasda nadir torpaq metallara tələbat sürətlə artsa da, istehsal bu artımı qarşılamaqda çətinlik çəkir. Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına görə, bu elementlər elektrik avtomobilləri, süni intellekt və müdafiə sənayesi üçün kritik əhəmiyyət daşıyır.

Xüsusilə neodim, praseodim, disprozium və terbium kimi metallara tələbat 2015-ci ildən bəri iki dəfə artıb və 2030-cu ilə qədər daha 30 faizdən çox yüksələcəyi gözlənilir.

Əsas risk isə istehsalın böyük hissəsinin Çində cəmlənməsidir. Hazırda dünya hasilatının 60 faizi, emalın isə 90 faizdən çoxu bu ölkənin payına düşür ki, bu da tədarük zəncirini həssas edir.

Hesabatda qeyd olunur ki, ixrac məhdudiyyətləri qlobal istehsala ciddi təsir göstərə bilər və milyardlarla dollarlıq iqtisadi fəaliyyət risk altına düşə bilər. Ekspertlər çıxış yolu kimi tədarükün şaxələndirilməsi və investisiyaların artırılmasını vacib sayır.

Züleyxa ƏLİYEVA,

“Azərbaycan”

Seçilən
49
azerbaijan-news.az

1Mənbələr