ABŞ Prezidenti Donald Tramp Tehranın müvəqqəti atəşkəs müqaviləsinin şərtlərini pozduğunu vurğulayaraq, onu tranzit haqqı almasını dayandırmağa çağırıb. O, İranı ilkin razılaşmalara zidd olaraq strateji əhəmiyyətli boğazdan neft nəqlini məhdudlaşdırmaqda günahlandırıb. O, bu açıqlamanı Truth Social platformasında verib.
"İranın Hörmüz boğazından keçən tankerlərdən rüsum aldığı barədə məlumatlar var - bunu etməmələri daha yaxşıdır və əgər edirlərsə, dərhal dayandırmaları daha yaxşıdır", - deyə Tramp tvit atıb.
Amerika prezidenti həmçinin Tehranın əsas gəmiçilik arteriyasından neft tranziti ilə bağlı hərəkətlərini tənqid edib.
"İran boğazdan neftin keçməsini təmin etməkdə çox pis iş görür - bəziləri rüsvayçı deyə bilər - bu, bizim bağladığımız razılaşma deyil!" - deyə Tramp bildirib.
O, inanır ki, İran tankerlərin Hörmüz boğazından maneəsiz keçməsini təmin etməlidir və əgər onlar bunu etməsələr, ABŞ müstəqil hərəkət etməyə hazırdır.
O, əlavə edib ki, Hörmüz boğazından neft daşınması "çox tez" - "İranın köməyi ilə və ya olmadan" bərpa olunmalıdır.
Əziz MUSTAFA