AZ

UEFA Konfrans Liqası: Meydan sahibləri qələbə qazandılar

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin daha 3 oyunu keçirilib.
 
Moderator.az xəbər verir ki, İtaliya "Fiorentina"sı İngiltərədə "Kristal Pelas"a, Niderlandın "AZ Alkmaar" kollektivi Polşada Ukraynanın "Şaxtyor" (Donetsk) klubuna 0:3, Fransa "Strasburq"u isə Almaniyada "Maynts"a 0:2 hesabı ilə uduzub.
 
Raundun açılış matçında isə İspaniyanın "Rayo Valyekano" klubu öz meydanında Yunanıstanın AEK komandasına 3 cavabsız qolla qalib gəlib.
 
Qeyd edək ki, Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları aprelin 16-da keçiriləcək.
 
1/4 final mərhələsinin ilk oyunlarının nəticələri:

"Rayo Valyekano" - AEK 3:0

"Maynts" - "Strazburq" 2:0

"Kristal Pelas" - "Fiorentina" 3:0

"Şaxtyor" - "Alkmaar" 3:0

Seçilən
7
7
moderator.az

10Mənbələr