AZ

Ukrayna 5 saatdan çoxdur ki, "Stalinqrad"ı atəş altında saxlayır...

10 aprelə keçən gecə Rusiyanın Volqoqrad vilayətinin Volqoqrad(keçmiş Stalinqrad-S.L.) şəhərinə böyük dron hücumu edilib. Şəhərdə ən azı 20 partlayış baş verib və böyük yanğın başlayıb. Ruslar səmada mühərriklərin fərqli səsindən, eləcə də aşağı hündürlükdə uçan dronlardan şikayətləniblər. 
 
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, Bu barədə Ukraynanın İşğalın Öyrənilməsi Mərkəzinin rəhbəri Pyotr Andryuşenko gecə ərzində məlumat paylaşıb.
 
Rəsmi şəxs qeyd edib ki, Volqoqrad hava limanı 9 aprel saat 23:47-dən(Bakı- 00: 47) etibarən gələn və gedən uçuşlar üçün bağlanıb.
 
Qonşu Voljski şəhərinin sakinləri də səmada mühərriklərin səsini eşidiblər. Şahidlər parıltılar görüblər və güclü partlayışlar avtomobil siqnalizasiyalarını işə salıb.
 
Səhər saat 6:20(07:20) radələrində Rusiya televiziya kanalları Volqoqrada hücumun davam etdiyini bildiriblər. Şəhərdə artıq ən azı 20 partlayış səsi eşidilib.
 
"Şəhər təxminən beş saatdır ki, ağır atəş altındadır. 20-dən çox partlayış eşidilib", - deyə ruslar şikayətləniblər.
 
Volqoqradın cənub hissəsində yerləşən bir binada yanğın baş verib. Ruslar iddia edirlər ki, vurulan dronların qalıqları binanın üzərinə düşüb. Hakimiyyət orqanları "onlarla" PUA-nın vurulduğunu iddia edir.
 
Volqoqradda dron hücumu zamanı hansı konkret obyektin alovlandığı məlum deyil. Lakin bəzi monitorinq kanalları orada fəaliyyət göstərən "Lukoyl" neft emalı zavodunun vurulmuş ola biləcəyini göstərir. Dronlar əvvəllər - 2025-ci ilin fevral və avqust aylarında da bu neft emalı zavoduna hücum edib.
Seçilən
20
2
moderator.az

3Mənbələr