AZ

SEPAH danışıqlar günü atəşkəsi POZUB?

ain.az, Cebheinfo saytına istinadən bildirir.

İranın İnqilab Keşikçiləri Korpusu son saatlarda müxtəlif xəbər agentliklərinin Fars körfəzinin cənub sahili boyunca bir neçə ölkədəki hədəflərə pilotsuz təyyarə hücumları və raket zərbələri barədə məlumatına reaksiya verib.

Bildirilib ki, İran İslam Respublikası silahlı qüvvələri atəşkəs dövründə heç bir ölkəyə qarşı heç bir raket atmayıb.

"Cebheinfo.az" bu barədə "Pars Today" qəzetinə istinadən yazır:

"Əgər medianın xəbərləri doğrudursa, bu, şübhəsiz ki, sionist düşmənin və ya ABŞ-nin işidir".

"İran İslam Respublikasının silahlı qüvvələri, əgər hər hansı bir hədəfi vurarsa, bunu tam şəffaflıqla rəsmi açıqlamada elan edəcək və İran İslam Respublikasının bəyanatlarında qeyd olunmayan hər hansı bir hərəkətin bizimlə heç bir əlaqəsi yoxdur", - deyə İnqilab Keşikçiləri Korpusu bəyanatında bildirilir.

Xəzər

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
cebheinfo.az

1Mənbələr