ABŞ Prezidenti Donald Tramp ilə NATO-nun baş katibi Mark Rutte arasında keçirilən görüşün əsas nəticələrindən biri alyans üzvlərinə təcili çağırış olub. ABŞ lideri NATO ölkələrini Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün təxirəsalınmaz tədbirlər görməyə səsləyib.
Redaktor.az xəbər verir ki, bu barədə avropalı diplomatlar CNN telekanalına açıqlamalarında bildiriblər.
Mənbələrin sözlərinə görə, Ağ Evin rəhbəri artıq bir neçə gündür bu öhdəliklərin götürülməsinə çalışır və məsələ həm ABŞ, həm də Avropa üçün son dərəcə təcili hesab olunur. Bununla belə, anonim diplomatik mənbələrdən biri qeyd edib ki, Mark Rutte Donald Trampa izah etməli olub ki, NATO müttəfiqləri ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibədən “tamamilə təəccübləniblər”.
Aytəkin TOFİQQIZI