AZ

“Hizbullah” PUA-larla İsrailin şimalındakı hərbi obyektə hücum edib

Bakı, 10 aprel, AZƏRTAC

“Hizbullah” İsrailin şimalında yerləşən hərbi obyektə bir sıra pilotsuz uçuş aparatları (PUA) ilə hücum həyata keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Məlumata görə, hücum Yaara kəndi ərazisində yerləşən hərbi mərkəzə edilib.

Daha əvvəl “Ynet” xəbər portalı İsrailin Livanla sərhəd yaxınlığında hava məkanına daxil olan pilotsuz uçuş aparatları səbəbindən əhaliyə xəbərdarlıq etdiyini bildirmişdi.

Seçilən
11
3
azertag.az

4Mənbələr