AZ

Torpaq sürüşməsi üzündən kəndimiz boşalır

Dondar Quşçu Tovuzun qədim kəndlərindəndir. Kəndin 4 min nəfərə yaxın əhalisi var. İşgüzar və zəhmətsevər kənd adamları həm də vətənpərvərdirlər. Dağlıq ərazidə yerləşdiyindən müharibə vaxtı ermənilər kəndi bir neçə dəfə top atəşinə də tutmuşdular. Lakin sakinlər öz ata-baba yurdlarını tərk etməmiş, kəndi şərəflə qorumuşdular. 

Amma bu məktubu yazmaqda məqsədimiz kənd sakinlərinin qəhrəmanlıqlarından deyil, düşdüyümüz çətin vəziyyətdən danışmaqdır. Son vaxtlar yağan aramsız yağışlar nəticəsində kəndin müxtəlif ərazilərində torpaq sürüşməsi baş vermiş və nəticədə bəzi evlərdə ciddi çatlar əmələ gəlmişdir. Hətta elə evlər var ki, onlarda yaşamaq təhlükəlidir. Belə evlərin sakinləri məcbur olub yaxınlarının, qohumlarının evlərinə sığınmışlar. Bu isə kəndimizin tədricən boşalması deməkdir. Bu barədə rayon icra hakimiyyətinə, eləcə də Fövqəladə Hallar Nazirliyinə müraciət etmişik. Hələlik heç bir tədbir görən yoxdur.

Hörmətli redaksiya! İndi çıxılmaz vəziyyətdə qalmışıq. Xahiş edirik bu işdə bizə kömək göstərib səsimizi yuxarılara çatdırasınız.

Esmira HÜSEYNOVA,

Vüqar HƏSƏNOV,

Tovuz rayonunun Dondar Quşçu kənd sakinləri 

Seçilən
23
azerbaijan-news.az

1Mənbələr