AZ

Arda Turan "AZ Alkmaar" ilə oyundakı darmadağından nə danışdı?

"Şaxtyor"un baş məşqçisi Arda Turan UEFA Konfrans Liqasının 1/4 finalının ilk oyununda "AZ Alkmaar" üzərində qazanılan qələbəni (3:0) şərh edib. 

Fanat.Az xəbər verir ki, Ukrayna klubunun rəsmi saytı türkiyəli mütəxəssisin fikirlərini belə təqdim edib: 

"Düzünü desəm, çətin bir matç idi. Düşünmürəm ki, 90 dəqiqə hesabı əks etdirir. Çünki ilk hissədə 5-4-1 sistemi ilə istədiyimiz kimi oynaya bilmədik. Mərkəz müdafiəçiləri topa vaxtında çata bilmir, "8 nömrə"li futbolçumuz uzaqda qalırdı, xətlər arasında əlaqə itirdi. 

İkinci hissədə daha aqressiv idik. "AZ Alkmaar" ilə oynayırsınızsa, bütün matçı yüksək səviyyədə keçirə bilməzsiniz. Oyunu bütün vaxt ərzində tam idarə edə bilməməyimiz normaldır. 

Dörddəbir finalın nə demək olduğunu hiss etmək istəyirdik. Amma bu, bizim üçün asan deyil, çünki öz stadionumuzda oynamadığımızı hiss edirik. Arxayınlaşmaq olmaz. Təkəbbür bizi məhv edər. Çünki ikinci oyunda atmosferin nə qədər çətin olacağını bilirik". 

Seçilən
0
1
fanat.az

2Mənbələr