AZ

Azərbaycan və Gürcüstan birgə buraxılış məntəqəsi qurur

“İpək Yolu - Abreşumis Qza” birgə gömrük-sərhəd buraxılış məntəqəsinin təsis edilməsi ilə bağlı Saziş layihəsi bu ilin dekbarın 1-dək imzalana bilər.

 

Trend-in məlumatına görə, saziş layihəsi ilə bağlı işlər Dövlət Gömrük Komitəsi, Xarici İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinə həvalə edilib.

 

Qeyd edək ki, 5 aprel 2022-ci ildə Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Saziş təsdiq edilib.

 

Sənəddə bildirilib ki, tərəflərin səlahiyyətli orqanları ayrı-ayrı protokollarla “İpək Yolu” - “Abreşumis Qza” birgə buraxılış məntəqəsindən daşman mal və nəqliyyat vasitələri ilə bağlı sərhəd və gömrük prosedurlarının tətbiq olunma prinsiplərini müəyyən edəcəklər.

Seçilən
5
5
qaziler.az

6Mənbələr