ABŞ Prezidenti Donald Tramp Fransa Prezidentinin xanımı Bricit Makron ətrafında yaranan qalmaqallı iddialara sərt reaksiya verib. O, Fransanın birinci xanımı haqqında yayılan şayiələri təkzib edərək onu müdafiə edib.
NOCOMMENT.az xəbər verir ki, Tramp jurnalist Kendis Ouensin Bricit Makronun guya “kişi olması” barədə səsləndirdiyi iddiaları kəskin tənqid edərək onu “dəli” adlandırıb. ABŞ lideri Fransanın birinci xanımının dərin hörmətə layiq olduğunu vurğulayaraq, davam edən məhkəmə prosesində onun qalib gələcəyinə və böyük təzminat alacağına ümid etdiyini bildirib.
Daha sonra Tramp özünəməxsus üslubda müqayisə apararaq qeyd edib: “Düzünü desəm, Fransanın birinci xanımı Kendisdən qat-qat gözəl qadındır, bu mövzu heç müzakirə belə edilə bilməz”. Bu bəyanat həm ABŞ, həm də Fransa mətbuatında geniş müzakirələrə səbəb olub.
Sara
NOCOMMENT.az