AZ

Tramp NATO müttəfiqlərini ağır şəkildə təhqir etdi

ABŞ Prezidenti Donald Trampın NATO-nun Baş katibi Mark Rütte ilə Ağ Evdəki görüşü böyük qalmaqalla nəticələnib. “Politico” nəşrinin Avropalı diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, bu görüş müttəfiqlər arasında dərin çatların yarandığını bir daha nümayiş etdirib.

NOCOMMENT.az xəbər verir ki, görüş zamanı Tramp Avropa ölkələrinin İrana qarşı hərbi əməliyyatlarda iştirakdan imtina etməsinə görə qəzəbindən boğularaq müttəfiqləri “təhqir atəşinə” tutub. Mənbələrin bildirdiyinə görə, söhbət diplomatik etikadan uzaq, ağır sözlərlə müşayiət olunan bir tirada şəklində keçib. Avropalı rəsmilərdən biri görüşü “hər şey bərbad keçdi” sözləri ilə xarakterizə edib və Trampın demək olar ki, hər addımı atacağı ilə hədələdiyini vurğulayıb. ABŞ lideri müttəfiqlərin Hörmüz boğazının açılması üçün konkret addımlar atmasını istədiyini açıq şəkildə hiss etdirib.

Lakin Ağ Evin rəsmisi bu iddiaları qismən yumşaldaraq bildirib ki, Prezident Mark Rütte qarşısında hər hansı tələb qoymayıb. Rəsmi açıqlamaya görə, Trampın NATO-dan gözləntisi artıq sıfıra bərabərdir. “NATO sınağa çəkildi və bu imtahandan kəsildi. Fakt budur ki, Hörmüz boğazının açılmasından Avropa ölkələri ABŞ-dan qat-qat çox fayda görür, lakin buna baxmayaraq heç bir məsuliyyət daşımırlar” – deyə Ağ Evdən bildirilib. Bu kəskin münasibət NATO daxilində yaxın gələcəkdə ciddi parçalanmaların ola biləcəyi siqnallarını verir.

Sara
NOCOMMENT.az

Seçilən
8
nocomment.az

1Mənbələr