AZ

“Qala divarı sement və müasir bərkitmə ilə bərpa oluna bilməz, yolverilməzdir”-Faiq İsmayılov+FOTO+ÖZƏL

Xəbər verdiyimiz kimi İçərişəhərin Kiçik Qala küçəsində, 13-14 saylı bürclərin kəsişdiyi qala divarlarının kiçik bir hissəsində aşınma müşahidə edilib. Mütəxəssislərin rəyinə əsasən aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii eroziya prosesləridir.
 

Memar Faiq İsmayılov Moderator.az-a açıqlamasında bildirib ki, tarixi abidələr dövrünə uyğun bərpa edilməlidir:


“Ümumi götürəndə bütün ölkələrdə belə hallar baş verə bilir. Təbiət hadisələri nəticəsində-ildırım, sürüşmə, aramsız yağan yağışlar aşınmaya səbəb ola bilir. Bunlar tarixi və mədəniyyət abidələrinə zərər vura bilir. İçərişəhərdəki qala divarı da aşınma nəticəsində uçub. Abidələrin mühafizəsinə görə biz burada heç bir bərkitmə işləri, əlavə sement və betondan istifadə edə bilmərik. Çünki bu abidənin bərpasında uyğun hal hesab olunmur və yolverilməzdir. Qeyri-materiallardan istifadə olunmamalıdır. Sadəcə olaraq materiallardan nümunə götürülməlidir, labaratoriya analizinə verilməlidir və orada istifadə olunan bərkidicinin nə olduğu bilinməlidir. Həmin daşların yeri müəyyənləşdirilməlidir. Bu təbiət hadisəsi kimi qiymətləndirilməlidir. Kiminsə günahı ucbatından baş verməyib” deyə Faiq İsmayılov bildirib.

Seçilən
24
1
moderator.az

2Mənbələr