AZ

Neymar: “Dəfnimin necə olacağını gördüm”

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Barselona” və Fransanın PSJ futbol klublarının sabiq hücumçusu, hazırda vətənində “Santos”da çıxış edən Neymar 2022-ci il dünya çempionatından kənarlaşmanı xatırlayıb.

İdman.Biz xəbər verir ki, futbolçunun açıqlaması yerli KİV dərc edib.

Xatırladaq ki, həmin vaxt mundialın 1/4 finalında braziliyalılar penaltilər seriyasında Xorvatiyaya uduzmuşdu.

“Dəfnimin necə olacağını gördüm. Kiçik bir otaqda idim və yaxınlarım ora gəlirdi. Hamının gözlərində yaş var idi, heç nə demirdilər. Sadəcə mənə baxırdılar. Mən isə tabutda olduğumu düşünürdüm”, - deyə futbolçu söyləyib.

Qeyd edək ki, Neymar 2025-ci ilin yanvarından vətənində, “Santos”da çıxış edir.

Bu il hücumçu altı oyunda iştirak edib, üç qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
icma.az

1Mənbələr