AZ

"Honda" yenidən məhkəməyə verildi

"Honda" şirkəti 14 ildir ki, istehsal etdiyi avtomobillərdə aşağı keyfiyyətli boya örtüyündən istifadə etməkdə ittiham olunur.

2013-cü ildən bəri buraxılan bir sıra modellərdə ağ rəngli boyanın qabarması və tökülməsi səbəbindən istehsalçıya qarşı kütləvi məhkəmə iddiası qaldırılıb.

Bu, avtomobil sahiblərinin hüquqlarını bərpa etmək üçün etdikləri ikinci müraciətdir. İlk şikayət 2024-cü ildə verilsə də, 2025-ci ildə hakim bu problemi sadəcə "vizual qüsur" kimi qiymətləndirmişdi. Həmin vaxt məhkəmə boyanın qopmasının maşınların texniki işlək vəziyyətinə mane olmadığını əsas gətirərək işə xitam vermişdi.

Lakin şikayətçilər iddialarına düzəlişlər edərək yenidən məhkəməyə müraciət ediblər. Yeni sənəddə vurğulanır ki, boyanın qopması nəinki vizual qüsurdur, həm də avtomobilin kuzov hissəsinin korroziyaya qarşı davamlılığına mənfi təsir göstərir.

Məhkəmə materiallarında qeyd olunur ki, "Honda" ağ rəngli örtüklə bağlı problemlərdən hələ 2012-ci ildən xəbərdar olub. Buna baxmayaraq, şirkət yeni avtomobillərin satışı zamanı bu çatışmazlığı alıcılardan bilərəkdən gizlətməkdə ittiham edilir.

Qüsurun aşkarlandığı əsas modellər bunlardır:

- "Acura MDX";

- "Honda Odyssey";

- "Honda Pilot";

- "Honda Fit";

- "Honda HR-V".

Məhkəmə bu dəfə avtomobil sahiblərinin xeyrinə mühüm qərar çıxarıb. Belə ki, şikayət üçün müddət məhdudiyyəti maşının satın alındığı tarixdən deyil, problemin müştəri tərəfindən aşkar edildiyi gündən hesablanacaq. Yaxın vaxtlarda iş üzrə yenidən məhkəmə prosesinin keçiriləcəyi gözlənilir.

 

(oxu.az)

Seçilən
31
1
moderator.az

2Mənbələr