AZ

Türkiyədə oteldə yanğın - İnsanlar təxliyyə edildi

İstanbulun Küçükçekmece ərazisində gecə saatlarında oteldə yanğın baş verib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın yanğınsöndürənlər tərəfindən sürətli müdaxilə ilə söndürülərkən, iki nəfər xilas edilib. 

Yanğın saat 04:00 radələrində Küçükçekmecenin Kartaltepe məhəlləsində, Bələdiyyə küçəsində yerləşən 5 mərtəbəli oteldə baş verib. Yanğının səbəbi hələ ki məlum deyil.

Əldə edilən məlumata görə, damda başlayan yanğını görən otel işçisi oteldə qalan şəxsləri xəbərdar edərək onları təxliyə etməyə çalışıb. Hadisə yerinə dərhal çox sayda yanğınsöndürən, təcili yardım və polis qrupu göndərilib. 

Seçilən
21
manset.az

1Mənbələr