AZ

"WhatsApp sizi aldadır": Pavel Durovdan milyardlarla istifadəçiyə şok xəbərdarlıq

"Telegram"ın qurucusu Pavel Durov "X" (keçmiş Twitter) hesabında paylaşdığı bəyanatla texnologiya dünyasında böyük səs-küyə səbəb olub.

Moderator.az xəbər verir ki, Durov "WhatsApp"ın şifrələmə sistemini milyardlarla istifadəçini aldatmaqda günahlandıraraq, bunu "tarixin ən böyük istehlakçı fırıldağı" adlandırıb.

 Durov iddia edir ki, "WhatsApp"ın "uçdan-uca şifrələmə" (end-to-end encryption) vədlərinə baxmayaraq, servis, əslində, mesajları oxuyur və onları üçüncü tərəflərlə paylaşır.

 O, öz platformasını nümunə göstərərək bildirib: "Telegram heç vaxt belə bir addım atmayıb və atmayacaq".

 Bu açıqlama "Meta" şirkətinə qarşı bəzi məhkəmə iddialarının müzakirə olunduğu bir vaxtda gəlib. İlon Mask da daxil olmaqla bir çox tanınmış sima bu ittihamlara reaksiya verərək məxfilik məsələsini yenidən gündəmə gətiriblər.

"Meta"nın cavabı: "WhatsApp" rəsmiləri bu ittihamları "absurd və tamamilə yalan" adlandıraraq, 10 ildir ki, "Signal" protokolu vasitəsilə mesajların məxfiliyini ən yüksək səviyyədə qoruduqlarını bildiriblər.

 

(musavat)
 

Seçilən
23
3
moderator.az

10Mənbələr